Sabunçuda yanğın hadisəsi baş verdi

  • Müəllif: admin
  • 30 İyun 2019 11:53

Bakının Sabunçu rayonunda yanğın olub.

Gununsesi.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org