
Türkiyənin kurort şəhəri Bodrumda dincələn məşhur aktrisa, model və aparıcı İpək Tanrıyar bu dəfə təbii ağ rəngli saçları ilə gündəmə gəlib.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, xeyli vaxtdır ekranlardan uzaq düşən 36 yaşlı türkiyəli məhşur İ.Tanrıyar təbii ağ rəngli saçları ilə çəkdiyi selfisini sosial şəbəkədə paylaşıb.
Belə ki, İ.Tanrıyarın paylaşıdığı şəkil sosial şəbəkədə böyük marağa səbəb olub.
Hazırda yeni saç stili ilə bütün diqqətləri üzərinə çəkən İ.Tanrıyar sosial şəbəkədə paylaşdığı şəklin altından – Saçlarım tamamilə təbii, öz rəngində. Bütün qadınlara tövsiyə edirəm ki, saçlarınızın rəngini dəyişmək istəyindən azad olasınız” – şərhini yazıb.
Xatırladaq ki, bir müddət öncə “İstanbullu gəlin” serialı ilə ekranlara dönən 45 yaşlı türkiyəli məhşur müğənni-aktyor Özcan Dəniz də təbii ağ rəngli saçları ilə çəkdiyi selfisini sosial şəbəkədə paylaşıb.

Anar
Gununsesi.info












