Sadəcə 1 nəfərin öldüyü ölkədə ağlasığmaz iddia: “Həkimləri həqiqi vəziyyəti gizlətməyə məcbur edirlər”

  • By admin
  • 22 Mart 2020 22:12
Bu günə qədər sadəcə 1 nəfərin koronavirus səbəbi ilə öldüyünün açıqlandığı Rusiyada Həkimlər Birliyi ölkədəki yeni növ koronavirus epidemiyasının həqiqi dərəcəsinin gizlədildiyini və xəstələrə qoyulan diaqnozların “sətəlcəm” olaraq qeyd edildiyini irəli sürüb.
Gununsesiaz.info xəbər verir ki, Rusiya Həkimlər Birliyinin rəhbəri Anastasiya Vasilyeva yayımladığı görüntüdə Rusiyadakı koronavirusla bağlı vəziyyətdən danışıb.
“Kovid-19” un həqiqi dərəcəsinin gizlədildiyini iddia edən Vasilyeva “Həkimləri həqiqi vəziyyəti gizlətməyə məcbur edirlər. Ölkəmizi təhlükəyə atırlar. Bu səlahiyyətlilərin axmaqlığıdır” deyib.
Gununsesiaz.info