ŞAD XƏBƏR: Türkiyəli alimlərin hazırladığı peyvəndi ABŞ təsdiqlədi

  • By admin
  • 11 Dekabr 2020 13:55

ABŞ Qida və Dərman İdarəsinin (FDA) müstəqil ekspertlərdən ibarət məsləhət şurası “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış COVID-19 peyvəndinin təcili istifadəsini təsdiqləyib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Tənzimləmə şurasının ölkədəki ilk koronavirus peyvəndini təsdiqləməsindən sonra FDA-nın peyvəndlə bağlı rəsmi təsdiqləmə prosedurunu tamamlayacağı və bu gündən etibarən əyalətlərə paylanmağa başlayacağı gözlənilir.

Bu ayın sonuna qədər peyvəndləmənin 3 milyon insanı əhatə etməsi planlaşdırılır.

Əsasən peyvəndin səhiyyə işçilərinə və qocalar evlərində yaşayan yaşlı əhaliyə tətbiq edilməsi tövsiyə olunur, lakin bu mövzuda son qərarı əyalət hökumətləri verəcək.

Qeyd edək ki, peyvəndin istifadəsi Böyük Britaniya və Kanadada da təsdiqlənib.

Xatırladaq ki, peyvəndi ABŞ əczaçılıq şirkəti “Pfizer” və türkiyəli alim, professor Uğur Şahinin ortağı olduğu Alman biotexnologiya şirkəti “BioNTech” hazırlayıb.

 

Gununsesi.org