Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər

  • Müəllif: Firuzə
  • 10 İyul 2026 22:49

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, liderlər regionda yaranmış gərginliyi müzakirə ediblər.

Ş.Şərif Pakistanın regionda davamlı sülhün təmin olunması naminə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

M.Pezeşkian öz növbəsində İslamabadın vasitəçilik missiyasını yüksək qiymətləndirib.

Gununsesi.info