Göyçay rayon sakini, sahibkar Elnur Beydullayev Göyçay Rayon İcra və Probasiya Şöbəsinin qarşısında intihar edəcəyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə bloger Səfər Cavadov məlumat verib.
Onun sözlərinə görə, bu addıma əl atmasına səbəb probasiya şöbəsinin ona qarşı qanunsuz müdaxilələridir.
Sahibkar bildirir ki, məhkəmə qərarının icrası çərçivəsində könüllü şəkildə istifadəsində olan iki “Toyota Prado” markalı avtomobili Probasiya Şöbəsinə təhvil verib.
Lakin iddiasına görə, şöbə rəhbərliyi bununla kifayətlənməyərək müxtəlif bəhanələrlə ona məxsus iri tutumlu soyuducunu da götürmək istəyir.
Elnur Beydullayev baş verənləri özünə qarşı təxribat kimi qiymətləndirir və Azərbaycan Prezidenti cənab İlham Əliyevdən kömək istəyir.
Qeyd edək ki, xəbərdə yer alan iddialar sahibkarın öz mövqeyini əks etdirir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik məlum deyil.
Elmar
Gununsesi.info












