“Sahibkarlar da buna hazır olsunlar” - İLHAM ƏLİYEV

  • By admin
  • 08 Oktyabr 2016 10:40
prezident3
“Bu yaxınlarda sosial mənzillərin tikintisi prosesinə başlanılacaq”.
Gununsesi.info xəbər verir ki, bunu  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda  deyib.
Azərbaycan prezidenti bildirib ki, bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb. “Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi artıq başlayır. Biz Nazirlər Kabinetinin toplantısında bu barədə danışmışıq. Artıq bu işlərə start veririk”, – deyə, ölkə başçısı vurğulayıb.
Ölkə başçısı onu da əlavə edib ki, bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq: “Bizim sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik ki, o layihələrdə istifadə olunacaq bütün inşaat materialları Azərbaycan mənşəli olsun”.
Gununsesi.info