Sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

  • By admin
  • 12 May 2017 09:56

skmf

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

İxtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.

Anar
Gununsesi.info