Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək

  • By admin
  • 18 İyun 2023 19:04

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq.

Aksiya Şəhər Parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyunun 21-də saat 10:00-dan 11:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info