Sahibkarlığı inkişaf etdirmək üçün bütün maneələr və məmur özbaşığı aradan qaldırlmalıdır -Əli Məsimli

  • By admin
  • 18 Aprel 2017 15:50
Ali Masimli
 
“Azərbaycanda sahibkarlığı inkişaf etdirmək üçün onların qarşısında duran bütün maneələrin-inhisarçılıq, korrupsiya,  məmur özbaşınalıqları və sairin aradan qaldırılması sahəsində əlavə tədbirlər  görülməlidir. İxracat və sərmayə qoyuluşunu təşviqləndirən alətlərdən istifadənin dairəsi genişləndirilmli və onun səmərəli tətbiq mexanizmləri tapılmalıdır. Azərbaycanın sosial -iqtisadi tərəqqisinin buxovuna çevrilmiş  ənənəvi üsullardan əl çəkib, məmur sahibkarlığının dominantlığına son qoyulması lazımdır”.
 
Bu fikri Gununsesi.info-ya açıqlamasında  İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri,millət vəkili Əli Məsimli  Azərbaycan prezidenti İlham Əliyevin Yevlax  rayonunda respublika müşavirəsindəki çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, qeyri-neft ixracatçılarının respublika müşavirəsinin keçiririlməsi və həm də ilk belə müşavirənin  Bakıda yox, ölkə başçısının iştirakı ilə regionda keçirilməsi gələcəkdə bunu ənənəyə çevirilib və bu təqdirolunası haldır.
“Məqsəd qeyri-neft sahəsinin imkanlarını göstərmək və həmin imkanlardan geniş və səmərəli istifadə etməklə həm daxili tələbatı daxili istehsal hesabına ödəmək və həm də ixrac potensialımızı artırmaq üçün əlavə tədbirlər görməkdir. Məlumdur ki, Azərbaycanda neft sektoru daha üstün inkişaf səviyyəsində olduğundan, ixracımızın 90 faizdən çoxunu neft-qaz və neft məhsulları təşkil edir. Bu, iqtisadiyyatımızı və milli valyutamız olan manatı xarici amillərdın çox asılı edir”- deyə, millət vəkili vurğualyıb.
O, əlavə edib ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını minimuma endirilməsi və xarici təsirlərə müqavimət qabiliyyətinin artması xeyli dərəcədə qeyri-neft sektorunun hərtərəfli inkişafından, idxalı əvəz edə bilən məhsul istehsalının və ixracın artırılması hesabına istehsalın və ixracın effektiv şəkildə şaxələndirilməsindən asılıdır.
 “Prezidentin Yevlax müşavirəsindəki giriş və yekun nitqləri, eləcə də müşavirədəki digər çıxışlar göstərdi ki, qeyri- neft sektorunu inkişaf etdirmək, onun hesabına həm daxili tələbatı ödəmək,  həm də ixracı artırmaq üçün xeyli potensialımız var. Bu ilin statistikası göstərir ki, 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3287,7 milyon ABŞ dolları,  o cümlədən ixracın dəyəri 2315,7 milyon dollar,  idxalın dəyəri 972 milyon dollar təşkil etmiş,  nəticədə 1343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ancaq bununla belə bir çox  məhsulların ixracatında azalma qeydə alınıb. Bununla belə, son vaxtlar qeyri neft sahəsinə aid olan bir sıra məhsulların ixracı və valyuta gətirmə göstəriciləri yaxşılaşıb. Amma bu ilin əvvəlindən qeyri-neft ixracımızın orta aylıq göstəricisi ayda 90 milyon dollar ərtafında gedir ki, bu da həmin sahənin potensialı fonunda çox aşağı göstəricidir”- deyə, o, vurğulayıb.
 
Ə.Məsimli qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet sahələri hesab olunan kənd təsərrüfatı, emal sənayesi, ağır sənayenin bir sıra sahələri, turizm,  İKT və sair bu kimi sahələrin potensialından səmərəli istifadə etməklə həm öz istehsalımız hesabına yerli tələbatın ödənilməsində, həm də qeyri-neft ixracının artırılmasında nəzərəçarpan irəliləyişlərə nail olmaq olar.
“Ona görə də prezident müşüvirədə çox vacib bir məsələ qaldırdı: növbəti 3-4 il ərzində əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etmək və həm də ixrac üçün əlavə imkanlar yaratmaq. Müşavirədə göstərildiyi kimi, bunları reallaşdırmaq üçün kənd təsərrüfatı istehsalçılarının vergidən azad edilməlidir. Eləcə də son vaxtlar ixracı və sərmayələri təşviqləndirilməsi mexanizmlərinin yaradılması, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkili,  Azərbaycanın  ticarət evlərinin yaradılması, səfirliklərimizdə ticarət nümayəndələrinin yaradılması  kimi tədbirlər həyata keçirilməlidir.  Bununla yanaşı özəl təşəbbüsə geniş meydan verilməsi, sahibkarlıq qarşısındakı bütün maneələrin aradan qaldırılmasına, ona əlavə dəstək verilməsinə böyük ehtiyac var”- deyə, millət vəkili vurğulayıb. 
 
Ə.Məsimli həmçinin qeyd edib ki, bunun üçün məqsədə davamlı şəkildə yönəldilmiş radikal, sistemli islahatlar genişləndirilməli, biznes mühitinin yaxşılaşdırılmasına, investisiyaların cəlb edilməsinə mane olan bürokratik əngəlliklər aradan qaldırılmalıdır.
“Sahibkarlıq qarşısında duran bütün maneələrin-inhisarçılıq, korrupsiya,  məmur özbaşınalıqları və sairin aradan qaldırılmısı sahəsində əlavə tədbirlər  görülməlidir.  İxracat və sərmayə qoyuluşunu təşviqlndirən alətlərdən istifadənin dairəsi genişləndirilmli və onun səmərəli tətbiq mexanizmləri tapılmalıdır.    Azərbaycanın sosial-iqtisadi tərəqqisinin buxovuna çevrilmiş  məmur sahibkarlığının dominantlığına son qoyulması lazımdır. İqtisadiyyatımızın, məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına yönəlik kompleks tədbirləri həyata keçirilməlidir. Ona görə də ixrac məqsədli məhsulların istehsalının güzəştli şərtlrlə kreditləşdirilməsinin dairəsinin genişləndirilməlidir. Xüsusən də “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq  qabliyyətində olan təşəbbüslərə yaşıl işıq yandırılması sahəsində səylərin artırılması çox zəruridir”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi. info