Sahibsiz at maşını vurdu, sürücü ağır yaralandı

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 21:27

attt

Göyçay rayonu ərazisində yol qəzası baş verib.

Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən xəbərinə görə, bu gün axşam saat 19:40 radələrində Göyçayın Qaraməryəm kəndi ərazisində minik avtomobili sahibsiz atı vurub.

Bakı şəhəri, NZS qəsəbə sakini, 1966-cı il təvəllüdlü Ağayev Aqşin Məcnun oğlu idarə etdiyi “Toyota RAV-4” markalı minik avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən, yolun 193-cü kilometrliyində qəflətən qarşısına çıxan atı vurub. At hadisə yerində ölüb, avtomobil əzilib, sürücü Aqşin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində Aqşin Ağayevin həyatı xilas edilib.  Hadisəyə atın  qaranlıq vaxtı avtomobil yoluna çıxması səbəb olub.

Gununsesi.info