Şahin Bağırov idarə statusunda şöbə yaratdı, xanım rəis təyin etdi -FOTO

Dövlət Gömrük Komitəsində idarə statusunda yeni şöbə yaradılıb.

Gununsesi.info xəbər verir ki,  bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmri imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Əsədova Rüfanə Salman qızı rəis təyin edilib.