Şahlar Əsgərov qoca məmurlar haqqında yazdı

  • By admin
  • 27 Oktyabr 2019 22:03

Cavan-qoca məsələsi sosial mediyada geniş müzakirə edilir. Hesab edirəm ki vəzifəya təyinatın əsas bir meyarı var. O da bundan ibarətdir ki, vəzifəyə təyin edilən şəxs içərisindən keçdiyi proseslərin və hadisələrin obyekt yox subyekt, idarə edilən tərəf yox, idarə edən tərəfi, passiv yox, aktiv tərəf olsun. Vəssalam.

Burada şəxsin gənc, qoca, kişi və ya qadın olmasının əhəmiyyəti demək olar ki, yoxdur. Ömər Eldarovun əlindən çəkicin al, bir cavana, qadına və ya bir kişiyə ver. Görəcəksiniz ki, Ömər Eldarovun etdiyini edə bilmədi.

Şahlar Əsgərov, Əməkdar elm xadimi, professor
 Gununsesi.org