
Böyük Britaniya şahzadəsi Harri aktrisa Meqan Marklla nişanlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kensinqtonski sarayının twitter səhifəsində məlumat yer alıb.
Çütlüyün toyu 2018-ci ilin yazında baş tutacaq. Lakin toyun dəqiq vaxtı barədə məlumat verilmir.
Sevgililər 2016-cı ilin iyulundan etibarən görüşürlər və bu ilin noyabrında nişanlanıblar. Cütlük ilk dəfə ictimaiyyət qarşısında bu ilin sentyabrında əlil hərbçilərin iştirakı ilə keçirilən “Invictus Games” yarışlarında görünüblər. Bu yarışlar 33 yaşlı şahzadə Harrinin təşəbbüsü ilə keçirilir.
Aktrisa Meqan Marklın isə 36 yaşı var və o Los-Ancelesdə dünyaya gəlib, hazırda Torontoda yaşayır. Aktrisa “Cinayətin yeri”, “Kasl” seriallarında, eyni zamanda Hollivudun “Veqasdan qaçış”, “Məni xatırla” və “Çəkilməz boslar” filmlərində yer alıb. O daha çox “Fors-major” filmindəki rolu ilə məşhurdur.
Meqan kinorejissor Trever Enqelsonla ailəli olub və 2013-cü ildə bu evliliyə son verilib.
Gununsesi.info












