Salah Çeçenistanın fəxri vətəndaşı oldu

  • By admin
  • 23 İyun 2018 10:32

Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistan respublikasının fəxri vətəndaşı olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, sərəncam ötən gecə imzalanıb.

“Misir yığmasının şərəfinə təşkil etdiyim təntənəli ziyafətdə Məhəmməd Salaha sərəncamın nüsxəsini və döş nişanını təqdim etdim. O, buna layiqdir”, – Çeçenistan lideri deyib.

Kadırov ümid edərək bildirib ki, Çeçenistanın “Axmad” klubu və Misir yığması Qroznıda yoldaşlıq oyunu keçirəcək.