Salam verməməyinə etiraz edəni bıçaqladı - (ÖZƏL) FOTOLAR

  • By admin
  • 28 İyun 2016 14:32

ee06af67-2b87-4794-983e-725bae42ecd6

 

 

Ötən gecə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə bıçaqlanma hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, 23 yaşlı Hafiz Qasımov bıçaq yarası ilə xəstəxanaya çatdırırlıb. Xəstəxanaya gələn polis əməkdaşlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, Hafiz Qasımova xəsarət yetirən şəxs onun qonşusu, bibisi nəvəsi Vidadi Çıraqov olub.

Dərhal Abşeron polisi əməliyyat tədbirinə başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən Vidadi Çıraqov saxlanılaraq istintaqa təhvil verilib. O dindirilərkən bildirib ki, hadisədən təxminən 2 saat əvvəl qonşusunun evində olanda Hafiz Qasımov və digər qohumu da oraya gəlib. Həmin vaxt Vidadi onlarla görüşməyib. Bundan qəzəblənən Hafiz sonradan Vidadinin evinə gələrək salam vermədiyi üçün ona iradını bildirib. Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

 

 

5b084bf2-4264-4a47-96d7-fcc32b33d982

 

 

2e9b4b92-60f6-4d44-907d-0acdc630140f

 

753583f9-382a-4ed8-93cc-0c3539d4f27f