Saleh Rüstəmovun vəkilləri Ombudsmanla görüşdü

  • By admin
  • 08 Dekabr 2021 21:42

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məşhur siyasi məhbus Saleh Rüstəmovun vəkilləri Bəhruz Bayramov və Aqil Layic bu gün Ombudsman( İnsan Hüquqları Üzrə Müvəkkil) Səbinə Əliyeva ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov deyib.
Onun sözlərinə görə, Ombudsmanla görüşdə Saleh Rüstəmovun durumu müzakirə edilib: ” Biz Ombudsmanın diqqətinə çatdırdıq ki, artıq Saleh Rüstəmovun vəziyyəti kəskindir, aclığın 32-ci gününə keçir. Təcili tədbirlər görülməsə o həyatını itirə bilər”.
Bəhruz Bayramov onu da əlavə edib ki, Ombudsman prosesdən xəbərdar olduğunu onlara deyib.

Gununsesi.info