Salyanda ağır yol qəzası -Yaralılar var

  • By admin
  • 20 Noyabr 2022 09:36

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Salyan şəhər sakinləri; – 1974-cü il təvəllüdlü Abbasov Mahir Malik oğlu, 1976-cı il təvəllüdlü Səfərova Məhluqə Məhəmməd qızı, 2012-ci il təvəllülü Səfərov Zaur Ələkbər oğlu, 2002-ci il təvəllüdlü Səfərova Leyla Ələkbər qızı, 2003-cü il təvəllüdlü İmanova Əli Əziz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info