
Salyan şəhərində 29 yaşlı gənc qətlə yetirilib.
Gununsesi.info xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Elçin İmanov küçəsində qeydə alınıb. Beləki, Salyan şəhəri, Elçin İmanov küçəsi, ev 18 ünvanın dayaşayan Nizami Rzayev Ədalət Rəsulov tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən 5 bıçaq yarası alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Nizami Rzayev əməliyyata salınsada, onun həyatını xilas etmək mümkün olmayıb. Bıçaqlanma hadisəsi isə Kür çayının sahilində baş verib. Hadisənin hansı səbəbdəb olduğu hələlik məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info









