Salyanda “Evrascon” ASC-yə məxsus avtomobil beton dirəyə çırpılıb, ölən və yaralanan var

  • Müəllif: admin
  • 19 Noyabr 2017 10:25


Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.
“Evrascon” ASC-yə (keçmiş (“Azərkörpü” ASC) məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info