Salyanda partlayış olub: Xəsarət alan var

  • By admin
  • 12 Mart 2023 21:25

Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Gununsesi.info xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla (“primus”la – red.) iş görərkən cihaz partlayıb.

A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info