Hacıqabul şəhərində yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 10 otaqlı evdə baş verib.
Nəticədə evin 2-ci mərtəbəsində dam örtüyünün, 3 otağın yanar konstruksiyaları və ev əşyaları 110 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Salyanda da yanğın hadisəsi qeydə alınıb.
Yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 660 m2 olan “Ulduz” restoranında baş verib. Nəticədə restoranın yanar konstruksiyaları 160 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Gununsesi.info