Salyanda yanğın olub

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 22:13

yangin_esas

Salyan rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Gununsesi.info-ya verilən məlumata görə, rayonun Aşağı Noxudlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info