Şamaxıda zəlzələ olub

  • Müəllif: Günel
  • 15 May 2025 08:15

Mayın 15-də Pirqulu stansiyasından 15 km şimalda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info -ya bildiriblər ki, yerli vaxtla saat 03:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Gununsesi.info