Samir Bağırovun üzərinə reklam lövhəsi aşdı

  • Müəllif: admin
  • 16 İyun 2017 11:44

tecili

Bakıda 31 yaşlı kişinin üstünə reklam lövhəsi aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Koroğlu” metrostansiyasının yaxınlığındakı parkın ərazisində qeydə alınıb.

Belə ki, 31 yaşlı Samir Bağırovun üstünə reklam lövhəsi aşıb. Nəticədə S. Bağırov xəsarət alıb.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.