“Samsung” 10 mindən çox akkumulyatoru geri çağırdı

  • By admin
  • 18 Avqust 2017 21:40

sam-sun

“Samsung” şirkəti “Galaxy Note 4” smartfonu üçün 10 mindən çox akkumulyatoru geri çağırıb. Bu, akkumulyatorların alışıb yanmaq riskinin yüksək olması ilə izah edilir.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın istehlak mallarının təhlükəsizliyi üzrə komissiyasının nümayəndələrinin sözlərinə görə, söhbət ABŞ-ın “AT&T” operatorunun sığorta proqramı üzrə bərpa edilmiş batareyalardan gedir. Akkumulyatorların tədarükü ilə “FedEx Supply Chain” şirkəti məşğul olub. Komissiya problemli qurğuların sahiblərini onlardan istifadəni dayandırmağa səsləyib. “Samsung”un nümayəndələri baş vermiş hadisədə “FedEx” şirkətini ittiham edir.

Koreya Respublikası şirkətinin mətbuat xidmətindən bildirilib ki, akkumulyatorların bərpası proqramı ölkə istehsalçısı tərəfindən həyata keçirilməyib, buna görə istifadəçilər bilavasitə tədarükçü şirkətə müraciət etməlidir.

“FedEx” baş vermiş hadisədən təəssüf keçirdiyini və akkumulyatorları pulsuz dəyişməyə hazır olduqlarını bildiriblər. Hazırda şirkət partlayış təhlükəsi olan akkumulyatorların geri qaytarılması üçün xüsusi qablaşdırmaların tədarükü ilə məşğuldur.

Gununsesi.info