Samux və Səbail rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

  • By admin
  • 29 Avqust 2016 21:16

qaz

Avqustun 30-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayrıcı” və Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Səbail rayonunun 20-ci Sahə qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə Gununsesi.info-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Gununsesi.info