Samuxda qanli olay - İKİ QARDAŞ BIÇAQLANIB

  • Müəllif: admin
  • 13 Sentyabr 2017 07:30

bicaqladi

Samuxda bıçaqlanma olub.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır.

Gununsesi.info