Saqqız qabından narkotik vasitə çıxdı

  • Müəllif: admin
  • 09 Sentyabr 2017 10:20

narkotik

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib. Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info