Saraççi İstanbula bu tarixdə gələcək

  • By admin
  • 02 Yanvar 2020 09:38

Marselo Saraççinin İstanbula gələcəyi tarix bəlli olub.

Gununsesi.orgun verdiyi xəbərə görə, “Galatasaray”ın Almaniyanın “Leyptsiq” komandasından aldığı Marselo Saraççi  yanvarın 3-ü İstanbulda olacaq.

Sağlamlıq yoxlamasından keçdikdən sonra 21 yaşlı uruqvaylı futbolçu yanvarın 4-ü  yeni komandasına qatılacaq.

Razılaşmaya əsasən, “Qalatasaray” “Leyptsiq”in 2018-ci ildə “River Pleyt” dən 12 milyon avroya transfer etdiyi sol cinah müdafiəçisi üçün alman komandasına pul ödəməyəcək, yalnız futbolçuya maaş verəcək.

Gununsesi.org