Sarayda etiraz aksiyası – “ERMƏNİ KİLSƏSİNƏ VERİLƏN QAZDAN BİZDƏ İSTƏYİRİK (FOTOLAR)

  • By admin
  • 14 Yanvar 2017 13:28

saray-etiraz-373x270

Bu gün səhər saatlarında Abşeron rayon Saray qəsəbəsinin “Üzümlük” massivində etiraz aksiyası keçirilib. Sakinlərin narazılığına səbəb evlərinə mavi qazın verilməməsidir.

Gununsesi.info azadlıq.info-ya istinadən məlumat verir ki, qəsəbə sakinlərinin bildirdiyinə görə, bu barədə aidiyyatı qurumlara dəfələrlə məlumat versələr də, heç bir faydası olmayıb. Onlar Bakının 5-10 addımlığında yerləşən qəsəbəyə qaz verilməməsinin səbəbini anlamadıqlarını bildiriblər. Sakinlər erməni kilsələrinə pulsuz qaz paylandığı halda, nəyə görə qəsəbəyə qaz verilmədiyini soruşurlar.

Magistral yolu bağlamağa cəhd edən sakinlərin qarşısı polislər tərəfindən alınıb. Sakinlər isə problemlərinin həll olunmayacağı təqdirdə, etiraz aksiyalarını davam etdirmək fikrindədirlər.

Gununsesi.info