Sarayda işıq olmayacaq

  • By admin
  • 05 Fevral 2018 22:56


“Azəreneeji” ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də “Saray 3” və “Saray 5” xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərenerji” və “Azərişıq” ASC-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: “Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir”.

Hər iki qurum yaranmış narahatçılığa görə istehlakçılarından üzr istəyir.

Gununsesi.info