Bəlkə də hamı bilir ki, sarımsaq çox faydalıdır, amma yenə də xatırlasanız yaxşı olar. Çində bir kənd var, bu kənddə xərçəng xəstəliyi çox geniş yayılıb.Çünki bu insanlar heç meyvə, tərəvəz yeməzlər və yaxud az yeyərlər.
Gununsesi.info sağlamlığınızı qorumaq üçün sarımsaqla bağlı məlumatı diqqətinizə çatdırır.
Bolqarıstanda da bir kənd var, dünyada ən az xərçəng xəstələri o kənddə yaşayanlardır, çünki onlar hər gün sarımsaq qəbul edirlər.
Sarımsaq mineral və vitamin deposudur. Tərkibində A, B, C, kükürd var. Sarımsaqdan gələn iy də kukurdlə bağlıdır. Bundan başqa sarımsağın tərkibində maqnezium, yod, 21 çeşiddə təbii antibiotiklər var. Sarımsaq çox güclü mikroböldürücüdür. Əgər siz və ətraflarınızdakılardan kimsə qrip olubsa, bol-bol sarımsaq yesin.
Birincisi, sarımsaq qrip viruslarını öldürür, xəstəliyi ağırlaşmağa qoymur İkincisi, sarımsağın qoxusunun təkibindəki uçucu yağlar otaq havasındakı virusları öldürür, üçüncü sarımsaq yeyən adamın ağzından iy gəldiyi üçün hamı ondan uzaq olur və qripə yoluxmur.
Hər gün sarımsaq yeyən insanlar infakt, insult, yüksək təzyiq, yüksək xolesterin kimi xəstəliklərə tutulmazlar, çünki hər gün sarımsaq yeyən adamların damarları rezin kimi elastik olar və partlamaz.
İsveçrədə məktəbə gələn uşaqları məcbur edirlər ki, sarımsaq yeyib məktəbə gəlsinlər, çünki sarımsaq yeyən uşaqlar yeməyənlərə nisbətən daha az əzələ qıcolmalarına və əzələ ifliclərinə tutulurlar.
İbn-Sinanın reseptlərində təbibin ən çox istifadə etdiyi müalicə vasitəsi sarımsaq olub. Bir gün bir qadın uşağını İbni Sinanın yanına gətirir və deyir bu uşaq hər gün qaşınır İbn-Sina yağ ilə sarımsağı qarışdırıb uşağa sürtməsini deyir və gedir, qayıdanda həmin dərmandan ananın da sürtdüyünü görür. Gülümsəyir və deyir ki, əgər belə etməsəydiniz uşağınız və siz sağalmazdınız.
Əgər qulağınızda, qulaq ətraflarında, hətta üzünüzdə güclü ağrılar varsa və qulağınızda küy varsa (yalnız birində olan zaman) 1 diş sarımsağı qulağınızın içinə qoyun, yarım saat gözləyin və götürün (qıcıq verməsə çoxda saxlaya bilərsiniz). Bunu gündə bir dəfə edin, ağrılarınız keçəcək.
Faydaları:
– Ürək əzələsinin vurma gücünü artırır, ürək əzələsini qüvvətləndirir.
– Əzib su ilə qarışdırıb yaraları silən zaman yaralar sürətlə sağalır.
– Damarların içini genişləndirir.
– Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində əvəzolunmazdır. Bronxit və xroniki bronxitdə əvəzedilməzdir.
– Revmatizmada faydalıdır.
– Mikrob mənşəli qəbizlik, ishal və ürəkbulanmalarda faydalıdır.
– Vərəm xəstəliyində bol-bol yeyilməlidir.
– Qaraciyərin ferment aktivliyini artırır, ödqovucudur, ödün tərkibini durulaşdırır
– Qanımızı zəhərləyən bütün canlıları məhv edir.
– Çox güclü əsəb sakitləşdiricidir.
– İştahaçıcıdır. Yuxunu dərinləşdirir.
– Cinsi istəyi artırıcıdır.
– Bağırsaqda parazitlik edən bütün qurdlara qarşı əla vasitədir.
– Müğənnilər üçün faydalıdır, çünki səsi gözəlləşdirir.
– Saç tökülməsinin və ağarmasının qarşısını alır.
– Çox yeyən adamlarda ziyil və çiban olmaz.
– Böyrəkləri çalışdırır, sidikqovucudur. Daş əmələgəlmənin qarşısın alır.
– Bağırsaqda çürümə əmələ gətirən bakteriyaları öldürür, bununla da insanın üzünömürlü olmasına vəsilə olur.
– Bağırsaq mikroflorasını nizamlayır, bununla da uzun sürən bağırsaq xəstəliklərinin qarşısını alır.
– Bağırsaq göbələyinin qarşısını alır.
– Prostatitdə və qadınlarda yumurtalıqların iltihabında faydalıdır.
– Qanı durulaşdırır.
– Qanda şəkərin miqdarını azaldır və qan dövranını nizamlayır. Şəkərli diabetdə hər gün yeyilməlidir.
– Boğazgəlmələrdə və faringitdə faydalıdır.
– Əzələ qıcolmalarında faydalıdır.
– Çoxyeyənadamlardazobolmaz.
Nə qədər saysaq da sarımsağın ağzımızdan gələn iyi onun istifadəsini məhdudlaşdırır.
Arıqlamaq üçün sarımsaq çayı:
3 diş sarımsaq əzilir, 1 stəkan soyuq suya qarışdırılır və yavaş-yavaş isidilir, qaynama tempraturuna çatanda götürülür, süzülür və içilir.
Sarımsaq qoxusunu azaldan vasitələr:
Sarımsaq yedikdən sonra cəfəri yeyin. Quru qəhvə çeynəməkdə sarımsaq iyini götürür. Sarımsaq yedikdən sonra mixək yeməkdə iyi azaldır. Sarımsağı böyük hissələrlə doğrayın qatıqla qarışdırın və çeynəmədən udun.
Sarımsaq yeyəndən sonra sarımsağın iyi ağ ciyərdən buxarlandığı üçün qoxusu azda olsa gələcəkdir. Odur ki, sarımsaq qoxusunu götürmək üçün bir-iki qurtum süd için.
Gülnaz Qənbərli
Gununsesi.info