Saxta əskinas satan ata ilə oğul saxlanıldı

  • Müəllif: admin
  • 01 İyul 2017 16:22

saxta_pul_260517__(2)
Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar 34-cü Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info