Saxta qaziyə 15 sutka verildi

  • By admin
  • 11 Mart 2022 19:37

”Bakıda özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim edərək ictimai qaydanı pozan şəxs həbs edilib”.
Gununsesi.info  
xəbər verir ki, bunu DİN-nin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Səbail DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün idarə etdiyi avtomobilə “saxla” işarəsi verilib. Bu zaman yoldan ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının həyat yoldaşı olduğunu və özünün da qazi olduğunu bildirərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib:

”İctimai qaydanı pozan şəxs – Xansu Quliyev əraziyə çağırılan naryad qrupu tərəfindən ərazi polis bölməsinə təhvil verilib. Onun barəsində bölmədə aparılan araşdırmalarla müəyyən olunub ki, o, ümumiyyətlə hərbi mükəlləfiyyətli deyil, heç vaxt ordu sıralarında xidmət etməyib.

Həmin hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə X.Quliyev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka müddətində inzibati qaydada həbs edilib”.

Gülnar

Gununsesi.info