Seçkilər saxtalaşdırılır - AZƏRBAYCANLI DEPUTAT GÜRCÜSTANDAKI SEÇKİLƏRDƏN DANIŞIR

  • By admin
  • 28 Noyabr 2018 14:43

“Ölkənin demək olar ki, bütün bölgələrində kütləvi həbslər, qanun pozuntuları başlayıb. Saat 11-dən Marneuliyə xüsusi xidmət orqanlarının çoxsaylı qüvvələri yerləşdirilib. Bütün məntəqələr nəzarətə götürülüb. Seçicilər məntəqələrə girəndə onlara xəbərdarlıq edilir ki, Zurabişviliyə səs verilməsə, başları ağrıyacaq”.

Gununsesi.org bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında Vahid Milli Hərəkat Partiyasının Marneulidən seçilmiş millət vəkili Azər Süleymanov deyib.

Onun sözlərinə görə, xüsusi təyinatlı polis qüvvələri məntəqələrin yaxınlığında post qurub. Karusel bütün məntəqələrdə müşahidə edilir. Müşahidəçilərə xəsarət yetirilib.