“Security Operation Servic” Ramazan bayramını şəhid anaları ilə birgə qeyd edib -Fotolar/Video

  • By ilhame
  • 14 Aprel 2024 13:07

“Security Operation Servic” Ramazan bayramını şəhid anaları və digər ailə üzvləri ilə birgə qeyd edib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Qaradağ savaşında, vətənin bütövlüyü uğrunda canlarından keçən igid oğulların şəhid ailə üzvlərinə xüsusi diqqət yetirilib, şəhidlərin ruhu hörmətlə anılıb.

Şirkətin rəhbəri Anar Məmmədov tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında Prezident İlham Əliyevin siyasəti ilə bərabər şəhidlərin və qazilərimizin rolu da danılmazdır.

O, bildirib ki, Azərbaycan Dövləti və xalqı torpaq uğrunda canlarından keçən şəhidlərini heç vaxt unutmayacaq, onların əziz xatirəsi dövlətimizin, xalqımızın yaddaşında əbədi həkk olacaqdır.

Tədbirdə şəhid anaları və Milli Qəhrəman general Polad Həşimovun anası Səmaya Həşimova da iştirak edib.

Bu müqəddəs bayram süfrəsinə yığışan bütün şəhid anaları, ailə üzvləri və Səmayə xanım da çıxışlarında rəhbərliyə diqqət və qayğıya görə xüsusi təşəkkürlərini bildiriblər.

Gununsesi.info