
Müğənni Seda Syana yaşının 6 il böyütdüyünü iddia edərək məhkəməyə müraciət edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədlərdə 1959-cu il doğumlu olaraq göstərilən müğənni təvəllüdünün əslində 1965-ci il olduğunu bildirib.
Qeyd edək ki, analoji iddia ilə Sibel Can da ötən il məhkəməyə müraciət etmişdi. O, sənədlərdə 1964-cü il doğumlu olaraq göstərilən təvəllüdünün əslində 1970-ci il olduğunu bildirmişdi.
Məhkəmənin qərarına əsasən, Sibel Canın doğum təvəllüdü 1 avqust 1970-ci il olaraq dəyişdirilmişdir.
Gununsesi.info












