“Sehirli xalat”ın Rəşidi ABŞ-da yaşayır

  • By admin
  • 22 Avqust 2016 10:00

resid

Sovet dövründə Azərbaycan istehsalı olan ən populyar uşaq filminin – “Sehirli xalat”ın baş qəhrəmanı  Rəşid (Azər Qurbanov) hazırda ABŞ-da yaşayır.

Gununsesi.info-nun xəbərinə görə, o 1992-ci ildə Azərbaycanı tərk edib: “1992-ci ildə SSRİ dağılanda, ölkədə ağır vəziyyət yarandı. Həmin vaxt ABŞ-da yaşayan bakılı dostlarım məni bu ölkəyə dəvət etdilər. 39 yaşım var idi, hər şeyi dəyişməyə, yeni həyata başlamağa qərar verdim… Lakin indi düşünürəm ki, hər halda gözləmək lazım idi. Qayıtmağı çox istərdim, amma indiki yaşımda nəyisə dəyişmək artıq gecdir”-, deyə o bildirib.

Azər Qurbanov qeyd edib ki,  uzun illərdir ABŞ-da ailəsiylə yaşayır: “Burada həyat yoldaşım, bu yaxınlarda evlənən oğlum Marat və Bakıda bir vaxtlar Opera və Balet Teatrının aparıcı solisti olan anam Xurşud xanımla birlikdə yaşayıram. Amerikada  kiçik biznesim var – əlillərin daşınması, həkimlərə çatdırılması üzrə firmam var, eyni zamanada Çinlə əlaqələrim var”-, deyə o ailəsi haqda məlumat verib.

Qeyd edək ki,  “Sehirli xalat” filminin yaddaqalan Rəşid obrazının ifaçısı Azər Qurbanov sovet kinematoqrafiyasının uşaq ulduzuydu.

Gülnaz Qənbərli

Gununsesi.info