
Daşkəsən rayonuna yağan gülcü leysan rayonun infrastrukturuna ciddi ziyan vurub. Rayon icra hakimiyyətindən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, dəymiş zərər hazırda öyrəinilir. Bir sıra yolları və həyətyanı sahələri sel basıb. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılmasına çalışır.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev də ərazilərdə olub və müvafiq tapşırıqlarını verib. İcra başçısına məlumat verilib ki, təbii fəlakət elektrik dirəklərini aşırıb. Bundan başqa beş transformatoru sel aparıb. Əsas strateji yollardan birinin üstündəki körpü uçub”.
Gununsesi.info-ya açıqlamasında Əhəd Abıyev hazırda havanın sabitləşdiyini fəsadların aradan qaldırılması üçün işlər görüldüyünü deyib: “Aidiyyatı nazirliklərə də məlumat verilib. Yaxın günlərdə hər şey öz yoluna qoylacaq. Mən gecə saatlarında ərazilərdə oldum”.


Gununsesi.info











