
Hindistanda musson yağışlarının səbəb olduğu sel nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
Gununsesi.info-nun məlumatına görə, ölkənin ən böyük turist məkanlarından olan Rajastan əyalətində 29 nəfər selin qurbanı olub.
Qeyd olunur ki, əyalət hər tərəfdən sel sularının mühasirəsində qalıb. Minlərlə insanın evlərin damında kömək gözlədiyi deyilir.
Qeyd edək ki, Hindistanda musson yağışları sentyabr ayına qədər davam edir.
***
Hindistanın şimal-şərq və qərb regionlarında daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.
Ən ağır vəziyyət isə Qucarat ştatında yaranıb.
Burada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib, 36 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Regionda xilasetmə əməliyyatı davam edir. Əhali qayıq və helikopterlər vasitəsilə təbii fəlakət zonasından çıxarılır.
Gununsesi.info












