
Kolumbiyada sel daşqınları 102 uşağın həyatına son qoyub.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, Kolumbiyanın Mokoa şəhərində baş verən sel daşqınları
314 insan ölüb və 332 nəfər yaralanıb.
Səhiyyə orqanları 247 nəfərin cəsədi yaxınlarına təhvil verilib.
Sel daşqınları nəticəsində 127 nəfərin itkin düşdüyü bildirilir.

Sel daşqınlarının qurbanları sırasında İspaniya, Almaniya və Ekvador vətəndaşları da olub.
Aprelin 1-də Mokoa, Sanqoyako və Mulatos çaylarının daşması nəticəsində Mokoa şəhərini su basıb.
Sel daşqınlarında şəhər ciddi xəsarət alıb, qaz, elektrik enerjisi və su təchizatında ciddi problem yaranıb.

Gununsesi.info











