Selçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib

  • By admin
  • 27 Sentyabr 2021 23:09

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar 27 sentyabr – Anım Günü ilə bağlı tvitterdəki hesabında paylaşım edib.

Gununsesi. info-nun məlumatına görə, Selçuk Bayraktar paylaşımda yazıb:

“Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun”.

Paylaşımda “Qarabağ Azərbaycandır!” şüarı da əksini tapıb.

Gununsesi. info