Selfi çəkməyin qadağan olduğu şəhərlər  - SİYAHI (FOTOLAR)

  • By admin
  • 12 Aprel 2017 10:20

17909347_1822957574694485_228581252_n

Son illərdə selfi çəkmək insanlar arasında kütləvi şəkildə yayılmışdır. Əsasən də səyahət zamanı hər kəs öz fotoşəkillərini çəkməyi arzulayır. Lakin dünyada elə yerlər var ki, orada selfi çəkmək qadağandır.

Gununsesi.info selfinin qadağan olunduğu yerləri təqdim edir.

17888177_1822956994694543_280294884_n

Disney, Paris

2016-cı ilin iyulundan etibarən əyləncə mərkəzi olan Disneydə selfi çəkmək qadağan olunub. Səlahiyyətli şəxslər təhlükəsizlik məqsədilə əvvəlcə qatarlarda, daha sonra isə bütün parkda selfini qadağan ediblər.

17918707_1822957308027845_736990363_n

Sistine Şapeli kilsəsi, Vatikan

Sistine Şapeli kilsəsində selfi çəkmək 1980-ci ildən qadağandır. Amma bunun təhlükəsizlik ilə heç bir əlaqəsi yoxdur. Qadağanın səbəbi isə olduqca maraqlıdır. Belə ki, Vatikan yapon şirkəti olan “Nippon Television Network”dən kilsə üçün 1980-ci ildə aldığı 3 milyon dollarlıq divar fonu qarşılığında fotoşəkil və video çəkilişləri haqqını Yaponiyaya vermişdir.

17918254_1822957138027862_1662632053_n

Garoupe sahili, Fransa

Cənubi Fransanın ən məşhur çimərliklərindən olan Garoupda selfi çəkmək qadağandır. Qadağa qoyulub ki, insanlar belə şeyə vaxt ayırmayıb əsl çimərlik zövqü yaşasın.

17911020_1822957411361168_412028907_n

“The Metropolitan Museum of Art”, Nyu-York

“The Metropolitan Museum of Art”da selfi kəskin şəkildə qadağan olunmasa da, selfi çubuqlarının sənət əsərlərinə zərər verə biləcəyi ehtimal olunur.

17909347_1822957574694485_228581252_n

Buğa yarışları, Pamplona

Təbii ki, buğa yarışlarında selfi qadağan olunmalıdır. Amma bunu edənlər var idi deyə rəsmi şəkildə yasaqlanmışdır. Qadağanı pozanlara 3000 avro cəza kəsilir.

17910953_1822957728027803_456754147_n

Lollapalooza Musiqi Festivalı

Hər il Çikaqoda təşkil olunan ən böyük musiqi festivalında da selfi çubuğu qadağan edilmişdir.

17910735_1822957771361132_428455746_n

Saray Muzeyi, Pekin

Pekindəki Saray muzeyi ən turistik yer olsa da, burada selfi çəkmək yasaqlanmışdır. Səlahiyyətli şəxslər bunu muzeydəki əşyalara dəyə biləcək zərər ilə əlaqələndirir.

17888656_1822957854694457_1312013490_n

Tahoe gölü, Kaliforniya

Tahoe gölündə selfi ilə yanaşı, heyvanların, xüsusən də ayıların fotoşəklini çəkmək də qadağandır. Buna səbəb 2013-cü ildə ayı ilə selfi çəkmək istəyən cütlüyün vəhşi heyvan tərəfindən parçalanmasıdır.

17857301_1822957881361121_1849441163_n

Van Gogh Muzeyi, Amsterdam

Bu muzeydə də selfi çəkmək qadağandır. Səlahiyyətli şəxslər bunu fotoşəkil çəkənlərin rəsm əsərlərinə baxanlara mane olması ilə əlaqələndirib.

Nigar

Gununsesi.info