Şəmkirdə məktəblilər arasında dava - 3 nəfər xəsarət aldı (YENİLƏNİB)

Şəmkirdə yeniyetmələrin arasında baş verən mübahisə zamanı 3 nəfər xəsarət alıb.

Gununsesi.info    xəbər verir ki, xəsarət alanların 2011-cu il təvəllüdlü O.Abuzərli, 2009-cu il təvəllüdlü H.Abuzərli və 2011-ci il təvəllüdlü S.Məmmədli olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

*** 09:00

Şəmkirdə bıçaqlanma olub.

Gununsesi.info -nun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qeyd edək ki, hər iki şəxs məktəblidir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Gununsesi.info