Serbiya və Monteneqro millisinin sabiq baş məşqçisi koronovirusdan ölüb

  • By admin
  • 28 İyun 2020 15:37

Serbiya və Monteneqro millisinin sabiq baş məşqçisi İliya Petkoviç vəfat edib.

Gununsesi.org-un məlumatına görə, onun ölümünə koronavirus səbəb olub.

75 yaşında dünyasını dəyişən mütəxəssis on iki barmaq bağırsağındakı problemlər üzündən xəstəxanaya yerləşdirilib. Koronavirus testi müsbət nəticələnən məşqçidə virus da aşkarlanıb. Bundan sonra ürək və ciyər problemləri də yaranan Petkoviç vəfat edib.

Qeyd edək ki, futbolçu kimi vətənində OFK, Fransada “Trua”nın şərəfini qorumuş Petkoviç Yuqoslaviya millisində 43 matçda 6 qol vurub. O, AVRO-1968-in gümüş mükafatçısı olub. 2000-01-ci illərdə Yuqoslaviya, 2003-06-cı illərdə Serbiya və Monteneqro millisini çalışdıran mütəxəssis “Servett” (İsveçrə), OFK (Serbiya), “Aris” (Yunanıstan), “Əl-Əhli” (Qətər), “Şanxay Şenxua” (Çin) kimi klublarda da işləyib. O, son illərdə Belqrad Futbol Federasiyasının prezidenti postu olub.

 

 

Gununsesi.org