Serbiyada güləş üzrə Avropa çempionatı davam edir

  • Müəllif: admin
  • 05 May 2017 10:55

unnamed (8)
Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, güləşçilərimiz ilk 3 yarış günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Belə ki, Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Murad Süleymanov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, dördüncü yarış günündə 58 və 69 kq qadın, 70 və 125 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparır.

Anar

Gununsesi.info