Sergey Şoyquya vətənə xəyanət ittihamı - PUTİNİN ƏTRAFINDA NƏ BAŞ VERİR?

“Vaqner PMC”-nin rəhbəri Yevgeni Pirqojin Müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valer Gerasimovu vətənə xəyanətdə ittiham edib.

Gununsesi.info-nun xəbərinə görə, o, bildirib ki, Müdafiə Nazirliyi onlara sursat verməyə qadağa qoyub.

Ekspert Elçin Rüstəmli saytımıza açıqlamasında bunu Putinin ətrafındakı siyasi çəkişmə ilə izah edib:

“Putinin ətrafında qırğın davam edir, onun bugünki acizlik, çarəsziliklə dolu çıxışı hərbi-siyasi elitada qarşıdurmanı daha da dərinləşdirəcək. Yaxın zamanlarda Rusiya rəhbərliyində ölüm-dirim savaşının pik mərhələsini görəcəyik. Məsələ burasındadır ki, oliqarxlar, hərbçilər nəhəng maliyyə və hərbi imkanlara malikdirlər, nəhənglərin davası isə ölkənin parçalanmasına, xaosa gətirib çıxara bilər”.

Mətləb

Gununsesi.info