
Xalq artisti, tanınmış gülüş ustası Arif Qulyevi elə bilirik ki, geniş təqdim etməyə ehtiyac yoxdur…Onu Azərbaycada tanımayan kəs yoxdur…”A”-dan “Z”-yəcən hamının tanıdığı, necə deyərlər, evlərinin efir qonağı olan bir sənətkardır…Növbəti müsahib, həmsöhbət olaraq da tanınmış gülüş ustasını seçmişik…
Gununsesi.info olaraq onunla müsahibəni oxucuların diqqətinə təqdim edirik:
– Arif müəllim, ilk öncə soruşmaq istərdik: səhhətiniz necədir?
– Əlayam qızım, şükür hər şey çox yaxşıdır.
– Bir ara mətbuatda haqqınızda bəzi yalan xəbərlər yazıldığını deyirdiniz, nə oldu onun axırı?
– Yox, əslində yalan yazmırdılar, kim nə eşidirdi, onu da yazırdı… Açığı, mənə aid heç nə yoxdur burada.
“Təqaüdə çıxmışam, istirahət edirəm…”
– 2017-ci il başladı. Bu ilə planlarınız nələrdir?
– Heç bir planım yoxdur. Mən işləmirəm. İndi təqaüdə çıxmışam, mən istirahət edirəm.
– Amma bildiyimiz qədər, yeni çəkilən filmlərdə rol almışınız?
– Bəli, yeni çəkilən filmlərdən “İki tüstü” filmində rol almışam. Sonra “100 kağız”, “Biznesmen” kimi kommersiya filmlərində və kinostudiyanın layihəsi olan “Axrıncıdayancaq” filmində çəkildim…
“Kimin ssenarisi xoşuma gəlirsə, o filmdə çəkilirəm”
– Bəs bu il hansı filmlərdə çəkiləcəksiniz?
– Bilmirəm, hələ ki, heç bir təklif yoxdur. Gözləyirik, görək, nə olacaq. Hamısında da çəkilmirəm, kimin ssenarisi xoşuma gəlirsə, o filmdə çəkilirəm.
– Arif müəllim, qocaman, illərin sənətkarsınız. Bilmək istəyirik ki, qonarar çox tələb edirsiniz, ya əsas rol sizi maraqlandırır…
– Yox, nə verilər, ona da qane oluram. İndi kino çəkənlərin çoxu özəldir. Onların da pulu az olur, nə təklif edirlər, ona razı olub çəkilirəm.
– Rayonlarda tez-tez konsertləriniz olurdu. Hələ də davam edirsiniz, ya oradan da “təqaüdə” çıxmısınız?
– İndi artıq rayonlara da getmirəm…
“Bir var səhnədə sürünəsən, bir də var ki, nəsə bir söz deyəsən”
– Arif müəllim, çox aktyor deyir ki, ölənə kimi səhnədə olmaq istəyirəm və sairə. Bəs, Siz niyə bu qədər tez “əlinizi-ətəyinizi” hər şeydən çəkdiniz?
– Bilirsiniz, ölənə kimi səhnədə olmaq olar ey… Amma bir var səhnədə sürünəsən, bir də var ki, nəsə bir söz deyəsən. İndi mən hiss edirəm ki, ağrıyıram. Hazırda müalicə olunuram. İndi gənclər var, gərək onlar səhnəyə çıxsın. Biz də onları izləyək, istirahət edək.
– Bir komediya, gülüç ustası kimi gənc komediya aktyorlarını bəyənirsinizmi?
– Hamısını bəyənirəm. Tahiri də, Cabiri də, “Bu şəhərdə”-ni də, Fərdanı da, Elməddini də…hamısın bəyənirəm.
– Yoldaşınız necədir, səhhətində irərləyiş var?
– Müalicə olunur, indi biraz yaxşıdır.
– Nəvələriniz arasında sizin yolunuzu davam etdirmək istəyən necə, varmı?
– Yoxdur. Balaca Arif rəssamdır. Qız nəvəm Nuray da şairəlik edir, rusca şeirlər deyir. Digər nəvəm Murad da ki, əlaçıdır, bütün qiymətləri “2”- dir(gülür)… Deyir güya müəllim deyib ki, gündəliyi dolandan sonra “5” də verəcək.
– Arif müəllim, sizi həmişə deyib- gülən görürük. Əsəbləşdiyiniz vaxt olur heç?
– Yox, heç əsəbləşən deyiləm. Əsəbləşməyə heç vaxt da yoxdur.
– Bir çox həmkarınız Mədəniyyət və İncəsənət Üniversitetində dərs deyir. Bəs, Siz niyə dərs demirsiniz?
– Əvvəllər mən də dərs deyirdim. Sonra oradan da təqaüdə çıxdım.
Son sualım seriallarda niyə yoxsunuz, oradan da “təqaüdə” çıxmısınız?
– Seriallarda özümü görə bilmirəm, ona görə…

Dilarə Zamanova
Gununsesi.info












