Serj Sarkisyanın qardaşı həbs oluna bilər

  • By admin
  • 20 İyun 2018 16:39
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyana məxsus “Security Dream” şirkətinin ofisində Yerevan polisi axtarışlara başlayıb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, ofisə giriş-çıxış yolları bağlanıb. “Security Dream” şirkətinin Serj Sarkisyanın qardaşı Saşik Sarkisyana məxsus olduğu bildirilir.

Cinayət faktları üzə çıxarsa, Saşik Sarkisyanın həbs olunacağı istisna edilmir.